Bakı. 4 noyabr. REPORT.AZ/ Son bir neçə ildə neftin hasilat xərcləri bir barel hesabı ilə 5 dəfəyə qədər artıb. "Report" xəbər verir ki, bunu "SPE Annual Caspian Technical Conference and Exibition" konfrans-sərgisində çıxış edən "Total" şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal deyib.
D.Lemarşal bu xərclərin artmasının bir neçə səbəbi olduğunu deyib: "Xərclərin artmasına inflyasiya, ekoloji məsələlər, texniki təhlükəsizlik və başqa amillər təsir edir. Məhz buna görə də 2014-cü ildən başlayaraq əsas sənaye yanaşmamız xərclərin tənzimlənməsi ilə bağlıdır".