​Çilov adasında "Günəşli" yatağındakı özüldə həlak olan və itkin düşən neftçilərin anım mərasimi keçirilib - FOTOREPORTAJ

​Çilov adasında "Günəşli" yatağındakı özüldə həlak olan və itkin düşən neftçilərin anım mərasimi keçirilib - FOTOREPORTAJ Tədbirdə SOCAR rəsmiləri və "28 May" NQÇİ-nin əməkdaşları iştirak ediblər
Energetika
14 Yanvar , 2016 11:58
​Çilov adasında Günəşli yatağındakı özüldə həlak olan və itkin düşən neftçilərin anım mərasimi keçirilib - FOTOREPORTAJ

Bakı. 14 yanvar. REPORT.AZ/ Çilov adasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları "Günəşli" yatağının 10-cu özülündə həlak olan və itkin düşən neftçilərin anım mərasimini keçiriblər. Qəzada həlak olanların ruhuna dualar oxunub. "Report" xəbər verir ki, tədbirdə SOCAR-ın rəhbər şəxsləri və "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ-nin əməkdaşları iştirak ediblər.

"28 May" NQÇİ-nin baş mühəndisi Qabil Qəmbərov bildirib ki, qəza nəticəsində hələ də 19 nəfər itkin düşmüş hesab edilir. Baş mühəndisin sözlərinə görə, neftçi peşəsi ağır peşədir və müxtəlif hadisələrlə əlaqədar olaraq bir neçə dəfə nefçilər ağır qəzalarla üzləşib.

"28 May" NQÇİ-nin rəis müavini Mətləb Qarayev isə deyib ki, 10 saylı özüldə baş verən qəza nəticəsində "28 May" NQÇİ-nin itkin düşən 8 əməkdaşından 4-nün cəsədi artıq tapılıb, digərlərinin isə axtarışı davam edir: "Axtarışlar dövlət səviyyəsində davam etdirilir".

Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağının 10 saylı özülündə baş verən qəza nəticəsində 11 nəfər həlak olub, 19 nəfər isə hazırda itkin düşmüş sayılır.

Son xəbərlər

Orphus sistemi