Yuxarı
    Bağlamaq

    ​Çilov adasında "Günəşli" yatağındakı özüldə həlak olan və itkin düşən neftçilərin anım mərasimi keçirilib - FOTOREPORTAJ

    Tədbirdə SOCAR rəsmiləri və 28 May NQÇİ-nin əməkdaşları iştirak ediblər

    Bakı. 14 yanvar. REPORT.AZ/ Çilov adasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları "Günəşli" yatağının 10-cu özülündə həlak olan və itkin düşən neftçilərin anım mərasimini keçiriblər. Qəzada həlak olanların ruhuna dualar oxunub. "Report" xəbər verir ki, tədbirdə SOCAR-ın rəhbər şəxsləri və "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ-nin əməkdaşları iştirak ediblər.

    "28 May" NQÇİ-nin baş mühəndisi Qabil Qəmbərov bildirib ki, qəza nəticəsində hələ də 19 nəfər itkin düşmüş hesab edilir. Baş mühəndisin sözlərinə görə, neftçi peşəsi ağır peşədir və müxtəlif hadisələrlə əlaqədar olaraq bir neçə dəfə nefçilər ağır qəzalarla üzləşib.

    "28 May" NQÇİ-nin rəis müavini Mətləb Qarayev isə deyib ki, 10 saylı özüldə baş verən qəza nəticəsində "28 May" NQÇİ-nin itkin düşən 8 əməkdaşından 4-nün cəsədi artıq tapılıb, digərlərinin isə axtarışı davam edir: "Axtarışlar dövlət səviyyəsində davam etdirilir".

    Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağının 10 saylı özülündə baş verən qəza nəticəsində 11 nəfər həlak olub, 19 nəfər isə hazırda itkin düşmüş sayılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi