Cennifer Morqan: “Bərpa olunan enerji mənbələrinin inkişafı ölkələr üçün yeni iqtisadi imkanlar gətirə bilər”

Cennifer Morqan: “Bərpa olunan enerji mənbələrinin inkişafı ölkələr üçün yeni iqtisadi imkanlar gətirə bilər” “Bərpa olunan enerji sahəsində böyük resurslara malik olan Argentina, ABŞ, Azərbaycan və s. ölkələrdə bərpa olunan enerjinin inkişafı gələcək üçün iqtisadi baxımdan sərfəlidir”.
Energetika
29 Yanvar , 2024 19:59
Cennifer Morqan: “Bərpa olunan enerji mənbələrinin inkişafı ölkələr üçün yeni iqtisadi imkanlar gətirə bilər”

“Argentina, ABŞ, Azərbaycan və s. ölkələrdə bərpa olunan enerjinin inkişafı gələcək üçün iqtisadi baxımdan sərfəlidir”.

“Report” xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda bir qrup jurnalistlə görüşündə deyib.

“Bu, ölkələrə yeni iqtisadi imkanlar, yeni iş yerləri və firavanlıq gətirə bilər”, - o bildirib.

C.Morqanın sözlərinə görə, sıfır emissiya hədəfi hələ də qüvvədə qalır. O vurğulayıb ki, Avropa hazırda Yaşıl Sövdələşmə (qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrinə keçməklə sıfır istixana qazı emissiyalarına və sıfır çirklənməyə nail olmaq planı) üzrə irəliləyir.

Son xəbərlər

Orphus sistemi