​Bu il Azərbaycanda 35 mln. ton neft, 16,4 mlrd. kubmetr qaz hasil olunub

​Bu il Azərbaycanda 35 mln. ton neft, 16,4 mlrd. kubmetr qaz hasil olunub Neft hasilatı 1,8% azalıb, qaz hasilatı isə 6,2% artıb
Energetika
17 Noyabr , 2015 15:35
​Bu il Azərbaycanda 35 mln. ton neft, 16,4 mlrd. kubmetr qaz hasil olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın mədənçıxarma sənayesində 13,8 mlrd. manat məbləğində istehsal qeydə alınıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-oktyabr aylarının səviyyəsini 1,7% üstələyib.

Sahənin əsas məhsulu olan xam neftin hasilatı 35,0 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 16,4 mlrd. kubmetr təşkil edib. Nəticədə illik müqayisədə neft hasilatı 1,8% azalıb, qaz hasilatı isə 6,2% artıb. Ümumilikdə, qaz hasilatı isə 24,5 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 2,7% azdır.

Son xəbərlər

Orphus sistemi