Bu il Azərbaycanda 143 yaşayış məntəqəsinə qaz verilib

Bu il Azərbaycanda 143 yaşayış məntəqəsinə qaz verilib Yanvar-avqust ayları ərzində 7,1 min km-ə yaxın yeni qaz kəmərləri çəkilib
Energetika
6 Sentyabr , 2016 12:16
Bu il Azərbaycanda 143 yaşayış məntəqəsinə qaz verilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-avqust ayları ərzində ölkə üzrə 7 075,4 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 206,7 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsi qazlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi