Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi cari ilin yanvar-iyul ayları ərzində ölkə üzrə 6 681,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırıb.
"Report" SOCAR-a istinadən xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 197,5 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-iyul aylarında 125 yaşayış məntəqəsi qazlaşdırılıb.