​Bu il 278 çoxmərtəbəli binaya qaz verilib

​Bu il 278 çoxmərtəbəli binaya qaz verilib Nəticədə 5 169 ailə qazla təmin olunub
Energetika
8 Sentyabr , 2015 16:28
​Bu il 278 çoxmərtəbəli binaya qaz verilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) bu ilin yanvar-avqust aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 278 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 5 169 ailə yaşayır.

Qeyd olunub ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır. 

Son xəbərlər

Orphus sistemi