Bolqarıstan hökuməti IGB layihəsi üzrə altı təklif alıb

Bolqarıstan hökuməti IGB layihəsi üzrə altı təklif alıb Təklif göndərənlər sırasında SOCAR da var
Energetika
2 Aprel , 2016 11:35
Bolqarıstan hökuməti IGB layihəsi üzrə altı təklif alıb

Bakı. 2 aprel. REPORT.AZ/ Bolqarıstan hökuməti Bolqarıstan və Yunanıstan arasında inşa ediləcək qaz interkonnektorunun imkanlarından istifadə etməklə bağlı altı indikativ təklif alıb. "Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Temenujka Petkova məlumat verib.

Nazirin sözlərinə görə, təklif göndərənlər sırasında Bolqarıstanın "Bulgargaz", Yunanıstanın DEPA və "Gastrade", İtaliyanın "Edison", Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), ABŞ-ın Kiprdə şelf qaz yatağında çalışan "Noble Energy" şirkətləri var.

Bolqarıstan və Yunanıstan hazırda Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin (İGB) tikintisinin birinci mərhələsini başa vurmaq üzrədir. Qeyd edək ki, rəsmi Sofiya bu qaz kəmərinin onlara Cənub Qaz Dəhlizinə (SGC) çıxışı təmin edəcəyinə ümidvardır.

Son xəbərlər

Orphus sistemi