​Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

​Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq Təmirlə bağlı aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
28 Aprel , 2015 16:55
​Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 29-da saat 10:00-dan 18:00-dək Hacıqabul rayonunun Ərəbqədim, Siyəzən rayonunun Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirib.

Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, “Yaşma” və “Giləzi”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədar olacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi