Bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq

Bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
19 Aprel , 2016 16:18
Bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Aprelin 20-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mehdiabad”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim” və “Mədrəsə”, Astara magistral qaz kəmərləri sahəsinin “Avrora”, “Xarxatan”, “Tüklə” və ''Masallı'' qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Mehdiabad, Qobustan rayonunun Ərəbqədim, Şamaxı rayonunun Mədrəsə, Masallı rayonunun Ərkivan, Boradigah, Axundov və Tüklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Lənkəran rayonunun və Masallı şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Son xəbərlər

Orphus sistemi