SOCAR-ın montyoru elektrik gərginliyinin altına düşüb

SOCAR-ın montyoru elektrik gərginliyinin altına düşüb SOCAR: Montyor iş yerini qanunsuz tərk edib və kənar obyektdə iş görüb
Energetika
9 Fevral , 2015 13:39
SOCAR-ın montyoru elektrik gərginliyinin altına düşüb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ə.Əmirov adına NQÇİ-nin elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru, 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev növbədə olarkən elektrik gərginliyinin altına düşməsi nəticəsində dünyasını dəyişib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Y.Güləliyev həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı “Qaradağ Maşınqayırma Zavodu” ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-luq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb və saat 15:20 radələrində onun meyiti paylayıcı qurğuda aşkar edilib.

Məlum olub ki, Y.Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib.

Qeyd edək ki, Y.Güləliyevin meyiti məhkəmə tibbi ekspertizasına aparılaraq müayinə olunub və onun elektrik cərəyanının təsiri nəticəsində öldüyü məlum olub. Hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi