Bakı.19 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 13 606,3 mln. kubmetr qaz nəql edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azdır.
Mavi yanacaq nəqlinin 34,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 4 718,3 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 10,5% çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir. Boru kəməri Bakı yaxınlığındakı
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.