Azərbaycan Gürcüstanın neft məsulları idxalının 26%-ni təmin edib

Azərbaycan Gürcüstanın neft məsulları idxalının 26%-ni təmin edib Azərbaycan Gürcüstana neft məhsulları ixrac edən ikinci iri dövlətdir
Energetika
30 Oktyabr , 2014 10:22
Azərbaycan Gürcüstanın neft məsulları idxalının 26%-ni təmin edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstanın neft məhsulları idxalının 25,7%-ni təmin edib. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir. 

Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına əsasən, 2014-cü ilin əvvəlindən ölkəyə neft məhsullarının idxalı 648,6 min ton təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 9% (51,9 min ton) çoxdur. İdxalın ümumi həcmində benzin tədarükü 274,6 min ton, dizel yanacağı - 374 min ton təşkil edib.

Cari ildə benzin və dizel yanacağının Gürcüstana ən böyük idxal həcmi Rumıniyanın payına düşüb - 221,2 min ton, bu isə neft məhsulları idxalının 34,1%-ni təşkil edir. İdxalçı dövlətlərin siyahısında sonrakı yerləri Azərbaycan - 167 min ton (25,7%), Bolqarıstan - 100,1 min ton (15,4%), Yunanıstan - 81,3 min ton (12,5%), Rusiya - 42,2 min ton (6,5%), Türkmənistan - 29,6 min ton (4,6%) tutur.

Son xəbərlər

Orphus sistemi