Azərbaycan 9 ayda 1,962 mlrd. dollarlıq neft məhsulları istehsal edib

Azərbaycan 9 ayda 1,962 mlrd. dollarlıq neft məhsulları istehsal edib Cari ilin yanvar-sentyabr aylarında neft-kimya sənayesində istifadə üçün benzin və sürtgü yağlarının istehsalı artıb
Energetika
21 Oktyabr , 2014 10:54
Azərbaycan 9 ayda 1,962 mlrd. dollarlıq neft məhsulları istehsal edib
Bakı. 21 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,962 mlrd. ABŞ dolları həcmində neft məhsulları istehsal olunub. Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə neft məhsullarının istehsalı qiymət ekvivalentində 7,2% azalıb. 

Komitənin məlumatına əsasən, yanvar-sentyabr aylarındа avtomobil benzini istehsalının 13,3% azalması (911,7 min ton), aviasiya üçün ağ neft - 1% (525,1 min ton), dizel yanacağı - 7,7% (1,746 mln. ton), neft bitumu – 19,9% (167,1 min ton) azalması qeydə alınıb. Bununla yanaşı, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 44,5% (144,8 min ton) və sürtgü yağlarının istehsalı 17,4% (40,5 min ton) artıb.

Son xəbərlər

Orphus sistemi