Bakı. 7 mart. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 88 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin binalarda ümumilikdə 2 957 ailə yaşayır.
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlı olduğunu açıqlayıb.