Bakı. 27 may. REPORT.AZ/ Qax rayonunun Şotavar kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (
Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
250 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 16 164 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 250 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.