Azərbaycanın daha bir kəndinə təbii qaz verilib

Azərbaycanın daha bir kəndinə təbii qaz verilib Təbii qazın verilməsi münasibətilə tədbir keçirilib
Energetika
27 May , 2015 17:23
Azərbaycanın daha bir kəndinə təbii qaz verilib

Bakı. 27 may. REPORT.AZ/ Qax rayonunun Şotavar kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

250 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 16 164 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 250 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi