Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxıla bilər

Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxıla bilər Qiymətin təxminən iki dəfə artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması ilə nəticələnəcək
Energetika
17 May , 2016 09:48
Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxıla bilər

Bakı. 17 may. REPORT.AZ/ "Dünya bazarında Azərbaycan neftinin qiymətinin 50 dolları keçməsi Azərbaycanın 2016-ci il üzrə dövlət büdcəsinə yenidən baxılmasını zəruri edə bilər".

Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Komitə üzvü xatırladıb ki, neftin qiyməti dövlət büdcəsində 25 dollardan götürülüb: "Hazırda isə neftin qiyməti 50 dolları keçib. Qiymətin təxminən iki dəfə artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması ilə nəticələnəcək. Məsləhət olsa, may-iyun aylarında büdcəyə yenidən baxıla bilər. Ancaq baxılmaya da bilər, çünki əlavə vəsait ola bilsin ki, Dövlət Neft Fonduna yığılsın və oradan transfert edilsin. Büdcəyə yenidən baxılsa belə, burada qanuna zidd heç nə yoxdur".

Qeyd edək ki, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti bu gün üçün 1,20 dollar və yaxud 2,44% bahalaşıb. Belə ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,30 dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi