​Azərbaycandan bu il 1,6 mlrd. kubmetr qaz ixrac edilib

​Azərbaycandan bu il 1,6 mlrd. kubmetr qaz ixrac edilib Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır
Energetika
21 Mart , 2015 16:20
​Azərbaycandan bu il 1,6 mlrd. kubmetr qaz ixrac edilib

Bakı. 21 mart. REPORT.AZ/ Cari ilin ilk iki ayı ərzində sayğac göstəricilərinə əsasən Azərbaycandan 1,6 mlrd. kubmetr təbii qaz ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,07% azdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə təbii qaz ixracının həcmi illik 57,18% azalaraq 238,4 mln. kubmetr təşkil edib.

Məlumata əsasən, yanvar-fevral aylarında həyata keçirilən qaz ixracı 33,6 mln. dollar dəyərində olub ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 69,06% azdır. Bildirək ki, təbii qaz ixracı ölkənin məcmu ixracının 1,44%-ni əhatə edib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın cəmi xarici ticarət dövriyyəsinin həcmi 4,042 mlrd. dollar təşkil edib. Bunun da 1,707 mlrd. dolları idxal, 2,335 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi