​Azərbaycanda neft məhsullarının istehlakı 11% artıb

​Azərbaycanda neft məhsullarının istehlakı 11% artıb Avtomobil benzininın istehlakı 11%, dizel yanacağı - 15%, sürtgü yağları - 13% azalıb
Energetika
15 Avqust , 2016 10:01
​Azərbaycanda neft məhsullarının istehlakı 11% artıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 1 912,7 min ton olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,4% çoxdur.

Ümumi istehlakın 30,3%-ni avtomobil benzini, 29,5%-ni mazut yanacağı, 22,6%-ni dizel yanacağı, 4,8%-ni aviasiya üçün və s. ağ neft, 4,4%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 4%-ni maye qaz, 3%-ni neft bitumu, 1%-ni sürtgü yağları, 0,4%-ni isə digər neft məhsulları təşkil edib. Belə ki, hesabat dövründə 578,8 min ton avtomobil benzini, 431,7 min ton dizel yanacağı, 564,3 min ton mazut yanacağı, 84,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 92,1 min ton aviasiya üçün və s. ağ neft, 57,8 min ton neft bitumu, 76,3 min ton maye qaz, 19,1 min ton sürtgü yağları, 8,5 min ton isə digər neft məhsulları istehlak olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən avtomobil benzinin istehlakı 11%, dizel yanacağı - 14,9%, neft-kimya sənayesində istifadə üçün benzin - 22,6%, neft bitumu - 17,6%, sürtgü yağları - 13,2%, digər neft məhsulları - 25,4% azalıb. Eyni zamanda, mazut yanacağının istehlakı 2,6 dəfə, aviasiya üçün və s. ağ neft istehlakı 2,8%, maye qazın istehlakı isə 64,4% artıb.

Son xəbərlər

Orphus sistemi