Azərbaycanda daha üç kəndə ilk dəfə qaz verilib

Azərbaycanda daha üç kəndə ilk dəfə qaz verilib Ümumilikdə, bu kəndlərin 411 abonenti qazla təmin olunub
Energetika
15 Dekabr , 2015 12:20
Azərbaycanda daha üç kəndə ilk dəfə qaz verilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Şəmkir rayonunun Günəşli, Qaralar və Yuxarı Çaykənd kəndlərinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, ümumilikdə 411 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 35,7 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.



Son xəbərlər

Orphus sistemi