Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Zərdab rayonunun Məlikumudlu kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 249 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 20 834 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.