​Azərbaycanda daha bir kəndə təbii qaz verilib

​Azərbaycanda daha bir kəndə təbii qaz verilib 249 abonent qazla təmin olunub
Energetika
13 İyul , 2016 15:09
​Azərbaycanda daha bir kəndə təbii qaz verilib

Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Zərdab rayonunun Məlikumudlu kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 249 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 20 834 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi