​Azərbaycanda bu il 28 mln. ton neft hasil olunub

​Azərbaycanda bu il 28 mln. ton neft hasil olunub Mədənçıxarma sənayesində istehsalın həcmi 1,3% artıb
Energetika
15 Sentyabr , 2015 18:08
​Azərbaycanda bu il 28 mln. ton neft hasil olunub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 11,1 mlrd. manat təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-avqust aylarından 1,3% artıqdır.

Hesabat dövründə xam neftin hasilatı 27,9 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 12,9 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 2,5% azalıb, qaz hasilatı isə 4,2% artıb.

"Planlaşdırılmış profilaktik işlərlə əlaqədar “Şahdəniz” qaz yatağında təbii qazın hasilatının əvvəlki ayla müqayisədə 78,0% azalması ölkə üzrə təbii qaz hasilatının artım sürətinə mənfi təsir edib", - Komitədən bildirilib.

Son xəbərlər

Orphus sistemi