Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 11,1 mlrd. manat təşkil edib. "Report"
Hesabat dövründə xam neftin hasilatı 27,9 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 12,9 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 2,5% azalıb, qaz hasilatı isə 4,2% artıb.
"Planlaşdırılmış profilaktik işlərlə əlaqədar “Şahdəniz” qaz yatağında təbii qazın hasilatının əvvəlki ayla müqayisədə 78,0% azalması ölkə üzrə təbii qaz hasilatının artım sürətinə mənfi təsir edib", - Komitədən bildirilib.