Azərbaycan yanvarda 31 mln. dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan yanvarda 31 mln. dollarlıq neft məhsulları ixrac edib Ötən ay 159,7 min ton həcmində neft məhsulları ixrac edilib
Energetika
18 Fevral , 2016 14:59
Azərbaycan yanvarda 31 mln. dollarlıq neft məhsulları ixrac edib

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan bu ilin yanvar ayı ərzində 159 646,61 ton həcmində neft məhsulları ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda neft məhsullarının ümumi dəyəri 31,109 mln. ABŞ dolları təşkil edib.

Ötən ay ərzində ixrac olunan neft məhsullarının məbləği 2015-ci ilin yanvar ayına nisbətən 43% azalıb.

Ötən ay neft məhsullarının ümumi ixracda payı isə 4,73% təşkil edib.

Son xəbərlər

Orphus sistemi