Azərbaycan təyyarə yanacağının ixracını 50% artırıb

Azərbaycan təyyarə yanacağının ixracını 50% artırıb Bu ilin fevralında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 37% azalıb
Energetika
1 Mart , 2016 18:12
Azərbaycan təyyarə yanacağının ixracını 50% artırıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin fevral ayında 52 099 ton dizel yanacağı ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,71% azalma deməkdir.

Məlumata görə, ötən ay 24 019 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 8 325 ton yüksək təzyiqli polietilen, 1 537 ton izopropil spirti, 6 575 ton maye piroliz qətranı, 2 926 ton propilen və 677 ton butilen butadien fraksiyası ixrac edib. Bu il 2015-ci ilə nisbətən təyyarə yanacağının ixracı 50% artıb.

Ümumilikdə, 2016-cı ilin yanvar-fevral ayları ərzində 125 923 ton dizel yanacağı, 65 753 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 15 403 yüksək təzyiqli polietilen, 2 346 ton izopropil spirti, 9 102 ton maye piroliz qətranı, 6 023 ton propilen və 677 ton butilen butaduien fraksiyası ixrac edilib. Bu da öz növbəsində ötən ilin ilk iki ayı ilə müqayisədə ixrac edilən dizel yanacağının həcminin 24,24%, soba mazutunun 33,71% azalması, təyyarə yanacağının isı 2 dəfə artması deməkdir.

Bu ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin 1 ton üçün qiyməti 37,40% azalaraq 358,67 dollar, təyyarə yanacağının qiyməti 45,30% ucuzlaşaraq 314,88 dollar, dizel yanacağının dəyəri 45,68% azalaraq 292,81 dollar, 1% kükürdlü mazutun qiyməti isə 54,82% ucuzlaşaraq141,88 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi