​Azərbaycan Supsa limanından neft ixracını 9% artırıb

​Azərbaycan Supsa limanından neft ixracını 9% artırıb Təkcə noyabrda Supsa limanından neftin nəqli 5% artıb
Energetika
2 Dekabr , 2014 11:07
​Azərbaycan Supsa limanından neft ixracını 9% artırıb
Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-noyabr aylarında Supsa limanından (Qara dəniz, Gürcüstan) 2,703 mln. ton neft ixrac edib. Ötən ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə Supsa limanından neft ixracı 8,8% artıb.

Şirkətdən "Report"a bildirilib ki, təkcə noyabr ayında SOCAR Supsa limanından 169,385 min ton Azərbaycan nefti nəql edib. Bu isə 2013-cü ilin noyabr ayına nisbətən 4,9% çoxdur.

Qeyd edək ki, 2013-cü ildə SOCAR Gürcüstan limanından 2,725 mln. ton neft ixrac edib.

Xatırladaq ki, Bakı-Supsa boru kəməri 1994-cü il sentyabr ayının 20-də SOCAR və başda BP olmaqla xarici şirkətlər qrupu arasında imzalanan məhsulun pay bölgüsü haqqında saziş çərçivəsində "Çıraq" yatağından hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. Belə ki, 21 düym (530 mm) diametrdə 775 km yeni boru kəməri və 55 km bərpa olunmuş boru kəməri daxil olmaqla, Bakı-Supsa boru kəmərinin uzunluğu 830 km təşkil edir. Kəmərin illik ötürmə gücü 7 mln. ton (gündəlik 140 min barel) neft təşkil edir. Boru kəmərinin operatoru BP şirkətidir.

Son xəbərlər

Orphus sistemi