​Azərbaycan nefti ucuzlaşmaqda davam edir

​Azərbaycan nefti ucuzlaşmaqda davam edir Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,34 dollara bərabərdir
Energetika
27 Avqust , 2015 09:43
​Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Bakı. 27 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,13 dollar yaxud 0,29% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,34 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 46,23, dünən isə 44,47 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi