​Azərbaycan nefti ucuzlaşıb

​Azərbaycan nefti ucuzlaşıb Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,28 dollara bərabərdir
Energetika
26 İyun , 2015 12:18
​Azərbaycan nefti ucuzlaşıb

Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,14 dollar yaxud 1,80% ucuzlaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,28 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 63,08 dollar/barel, dünən isə 64,42 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi