​Azərbaycan nefti cüzi ucuzlaşıb

​Azərbaycan nefti cüzi ucuzlaşıb Qiyməti 0,12% ucuzlaşıb
Energetika
8 Avqust , 2015 11:26
​Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakı. 8 avqust.REPORT.AZ/Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,06 dollar yaxud 0,12% ucuzlaşıb.

"Report"  xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,26 dollara bərabərdir. Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 54,02, dünən isə 50,32 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi