Bakı. 8 avqust.REPORT.AZ/Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,06 dollar yaxud 0,12% ucuzlaşıb.
"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,26 dollara bərabərdir. Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 54,02, dünən isə 50,32 dollar/barel olub.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.