​Azərbaycan nefti 4,5% ucuzlaşıb

​Azərbaycan nefti 4,5% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 58,22 dollar/ barelə düşüb
Energetika
11 Mart , 2015 10:53
​Azərbaycan nefti 4,5% ucuzlaşıb

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 4,5% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 58,22 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 62,54 dollar/barel, dünən isə 60,96 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi