​Azərbaycan iyunda dizel ixracını 70% artırıb

​Azərbaycan iyunda dizel ixracını 70% artırıb SOCAR bu ilin ilk yarısında neft məhsullarının ixracını 90% artırıb
Energetika
1 İyul , 2015 17:21
​Azərbaycan iyunda dizel ixracını 70% artırıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 89 142,9 ton neft məhsulu ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 46,2% azdır.

SOCAR-dan "Report"a bildirilib ki, ixrac edilən məhsulun 11 222,4 tonu yaxud 12,6%-i dizel yanacağı, 61 902,7 tonu yaxud 69,4%-i vakuum qazoylu və 16 017,7 tonu və ya 18%-i aşqarın (depressor AKİ) payına düşür.

Ötən ilin iyun ayı ilə müqayisədə SOCAR tərəfindən ixrac edilən vakuum qazoylu 57,7%, aşqarın (depressor AKİ) 50,8% artıb, dizel yanacağının ixracı isə 86% azalıb.

Məlumata görə, iyunda avtomobil benzini, DT yanacağı, soba mazutu, sürtgü yağları, neft bitumu, avtomobil benzini, təyyarə yanacağı və ağır piroliz ixrac edilməyib.

Qeyd edək ki, SOCAR bu ilin ilk altı ayında 1 140 224,6 ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 89,4% çox neft məhsulu ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-iyun ayları ərzində SOCAR 30,3% çox - 491 855,4 ton dizel yanacağı, 36,9% çox - 103 510 ton təyyarə yanacağı, 3,2 dəfə çox - 461 862,4 ton vakuum qazoylu, 0,05% çox - 178,8 ton soba mazutu və 2,4 dəfə çox - 82 817,9 ton aşqar (depressor AKİ) ixrac edib.

Son xəbərlər

Orphus sistemi