Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan
"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə energetika sahəsində qarşılıqlı əlaqələrin Azərbaycan ilə Polşa arasında münasibətlərə müsbət təsir göstərməklə yanaşı, regional əməkdaşlıq məsələlərində də mühüm rol oynadığı vurğulanıb.
Avropa ilə birgə vahid qlobal enerji bazarının yaradılmasında Azərbaycanın rolunu yüksək qiymətləndirməsinə görə Polşanın baş nazirinə minnətdarlığını çatdıran energetika naziri
Azərbaycanın enerji mənbələri və ixracı baxımından əhəmiyyətli mövqeyə malik olduğunu vurğulayan baş nazirinin müavini Polşanın Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu və sərgidə iştirak edən şirkətlər vasitəsilə işgüzar əlaqələrin daha da dərinləşəcəyini bildirib. O, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində aparıcı rolunu əsas gətirərək, müşahidəçi statusunda təmsil olunmağı vaxtının çatdığını qeyd edib.
Azərbaycan ilə Polşa arasında ticarət dövriyyəsinin 140 mln. dollar olduğunu xatırladan polşalı nazir bu rəqəmin əməkdaşlığın genişləndirilməsi sayəsində daha da yüksələcəyinə əminliyini ifadə edib.
Energetika naziri Azərbaycanın müxtəlif sahələrdə layihələr və proqramlar icra etdiyini, Polşanın bu şirkətlərinin fəaliyyətlərini qurmaları üçün bütün imkanların olduğunu diqqətə çatdırıb.