​Azərbaycan gələn il Neft Fondunun vəsaitlərindən istifadəni 42% azaldacaq

​Azərbaycan gələn il Neft Fondunun vəsaitlərindən istifadəni 42% azaldacaq Hökumət 2016-2019-cu illərdə neftin qiymətinin 40-60 dollar/barel olacağını düşünür
Energetika
14 Sentyabr , 2015 17:34
​Azərbaycan gələn il Neft Fondunun vəsaitlərindən istifadəni 42% azaldacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 6,0 mlrd. manat həcmində transfert nəzərdə tutulur ki, bu da 2015-ci ilin müvafiq proqnozu ilə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% azdır.

Bu barədə "Report" Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Qeyd olunub ki, son iki ildə ARDNF-dən dövlət büdcəsinə transfertin tədricən azaldılması istiqamətində aparılan siyasət 2016-ci ildə də davam etdiriləcək.

"Dünyada cərəyan edən iqtsadi risklərin ehtimal olunan nəticələri, xammal məhsulları, əsasən də xam neftin ("Brent" markalı) satış qiymətinin 40-60 ABŞ dolları səviyyəsinə düşəcəyini nəzərə alaraq, 2016-2019-cu illər üçün dövlət və icmal büdcələrin əsas parametrləri və prioritet istiqamətləri üzrə optimist (neft 60 dollar/barel olduqda), baza (50 dollar/barel olduqda), pessimist (40 dollar/barel olduqda) ssenariləri hazırlanıb", - deyə Nazirliyin xəbərində bildirilir.

Son xəbərlər

Orphus sistemi