Azərbaycan avtomobil benzininin istehsalını artırıb

Azərbaycan avtomobil benzininin istehsalını artırıb Bu ilin 11 ayında ölkədə yanacaq mazutunun istehsal həcmi kəskin artırılıb
Energetika
16 Dekabr , 2015 13:47
Azərbaycan avtomobil benzininin istehsalını artırıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsal həcmi 2 253,1 mln. manat təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğ əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 3% az olub.

Hesabat dövründə 1 124,5 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən 1,6% çoxdur.

Bu ilin yanvar-noyabr ayları ərzində istehsal olunan yanacaq mazutunun həcmi isə 305,3 min ton təşkil edib. Bu məhsulun istehsalı ötən ilin müvafiq dövründən 54% artıq olub.

Həmçinin 184,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 633,9 min ton ağ neft, 2 611,4 min ton dizel yanacağı, 24,9 min ton sürtgü yağları, 159,2 min ton neft bitumu istehsal olunub.

Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 4%, ağ neftin istehsalı 2,3%, dizel yanacağının istehsalı 1,9%, sürtgü yağlarının istehsalı 51,2%, neft bitumunun istehsalı 30% azalıb.

Son xəbərlər

Orphus sistemi