Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Təmir müddətində Lənkəranın 3, Lerikin 1 kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
22 Avqust , 2016 18:31
Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 22 avqust. REPORT.AZ/ Avqustun 23-də saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Lənkəran rayonun RVO, Narbağı və Qrumba, eləcə də Lerik rayonun Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.                              

Son xəbərlər

Orphus sistemi