Yuxarı

Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Təmir müddətində Lənkəranın 3, Lerikin 1  kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 22 avqust. REPORT.AZ/ Avqustun 23-də saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Lənkəran rayonun RVO, Narbağı və Qrumba, eləcə də Lerik rayonun Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.                              

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi