Astanada Beynəlxalq Xəzər Enerji Forumu keçiriləcək

Astanada Beynəlxalq Xəzər Enerji Forumu keçiriləcək Astanada keçiriləcək forumun "Caspian European Club"un ümumi iclası formatında hər il təşkili planlaşdırılır
Energetika
20 Fevral , 2015 16:52
Astanada Beynəlxalq Xəzər Enerji Forumu keçiriləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin oktyabr ayında Astanada (Qazaxıstan) keçiriləcək IV Beynəlxalq Xəzər Enerji Forumuna (Caspian Energy Forum-2015) hazırlıqla bağlı Təşkilat Komitəsi yaradılıb. 

"Report"un verdiyi xəbərə görə, Komitənin yaradılması qərarı Qazaxıstanın energetika naziri Vladimir Şkolnikin Caspian European Club-un (Xəzər Avropa Klubu) baş icraçı direktoru Telman Əliyevlə görüşündə qəbul edilib.

Görüşdə qeyd olunub ki, forumun birinci hissəsi çərçivəsində Avrasiya, Xəzər-Qara dəniz ölkələri regionu, Avropa İttifaqı məkanında reallaşdırılan enerji, nəqliyyat və infrastruktur layihələrində Qazaxıstanın rolu, həmçinin artan qaz nəqli sektoru, Xəzər və Xəzəryanı ölkələrin resurs potensialının müzakirə olunması planlaşdırılır. Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş müzakirələr keçiriləcək. Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyri-neft sektorlarında innovasiyaların tətbiqi, biznesin inkişafı, biznes-hökumət dialoqunun yaradılması mövzuları müzakirə olunacaq.

Astanada keçiriləcək forumun Caspian European Club-un ümumi iclası formatında hər il təşkili planlaşdırılır.

Tədbirdə Qazaxıstanda akkreditasiya olunan diplomatik və beynəlxalq missiyaların nümayəndələri, Aİ rəhbərliyi, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturları və beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi