​Asiya İnkişaf Bankı Azərbaycana növbəti krediti ayırmağa hazırlaşır

​Asiya İnkişaf Bankı Azərbaycana növbəti krediti ayırmağa hazırlaşır Kreditin ümumi həcmi 750 mln. dollar, ilk tranş isə 250 mln. dollar olacaq
Energetika
14 İyun , 2016 10:27
​Asiya İnkişaf Bankı Azərbaycana növbəti krediti ayırmağa hazırlaşır

Bakı. 14 iyun. REPORT.AZ/ İyunun 22-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasında Azərbaycana növbəti kreditin ayrılması məsələsi müzakirə olunacaq. "Report" xəbər verir ki, bu barədə ADB-nin ölkə üzrə direktoru Nariman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi bankın Azərbaycana enerji təchizatının yaxşılaşdırılması layihəsinin icrası üçün ayırmaq istədiyi kreditin ümumi həcmi 750 mln. dollardır. İlkin mərhələdə hökumətə bunun 250 mln. dolları çatacaq: "Bu pul Bakı istisna olmaqla bütüm ölkəyə ayrılacaq. Birinci tranş hesabına yarımstansiyalar üçün avadanlıqlar - transformatorlar, paylayıcı vasitələrin alınması və quraşdırılması, eləcə də əhalinin sayğaclarla təmin edilməsi nəzərdə tutulub".

N.Mannapbekov kreditin hansı şərtlərlə ayrılacağı barədə də danışıb: "Bu kredit ilk 5 ili güzəştli olmaqla 25 il müddətində 6 aylıq Libor + təxminən 0,4% dərəcəsi ilə ayrılacaq. Kreditləşməyə dair bütün sənədlər müqavilə bağlanandan sonra təxminən iki həftə ərzində ADB-nin saytında yerləşdiriləcək".

Son xəbərlər

Orphus sistemi