"ASAN Xidmət"də qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb

"ASAN Xidmət"də qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb Texniki şərtlər 1, 2, 3, 4 və 5 saylı "ASAN Xidmət" mərkəzləri tərəfindən həyata keçiriləcək
Energetika
12 Yanvar , 2016 13:00
ASAN Xidmətdə qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə qazlaşdırma ilə bağlı texniki şərtlərin veriliməsini Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) mərkəzlərində həyata keçirməyə başlayıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan sonra texniki şərtlərin verilməsi yalnız 1, 2, 3, 4 və 5 saylı "ASAN Xidmət" mərkəzləri tərəfindən həyata keçiriləcək.

"Abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması, onlara göstərilən xidmət səviyyəsinin durmadan yaxşılaşdırılması istiqamətində Birlik tərəfindən bundan sonra da yeniliklər həyata keçiriləcək", - deyə SOCAR-dan bildirilib. 

Son xəbərlər

Orphus sistemi