Apreldə "ASAN Xidmət" mərkəzlərində qazla bağlı 8,1 mindən artıq müraciət həllini tapıb

Apreldə "ASAN Xidmət" mərkəzlərində qazla bağlı 8,1 mindən artıq müraciət həllini tapıb SOCAR: Bu istiqamətdə "Azəriqaz" fəaliyyətini bundan sonra da davam etdirəcək
Energetika
5 May , 2016 11:42
Apreldə ASAN Xidmət mərkəzlərində qazla bağlı 8,1 mindən artıq müraciət həllini tapıb

Bakı. 5 may. REPORT.AZ/ Bu ilin aprel ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki "ASAN Xidmət" mərkəzlərinə ümumilikdə təbii qazla bağlı 8 108 müraciət daxil olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi