​Antalyada Avrasiyanın enerji problemi müzakirə ediləcək

​Antalyada Avrasiyanın enerji problemi müzakirə ediləcək Tədbirdə qaz sənayesinin problemləri və qaz nəqlinin aspektləri müzakirə olunacaq
Energetika
21 Avqust , 2015 15:27
​Antalyada Avrasiyanın enerji problemi müzakirə ediləcək

Bakı. 21 avqust. REPORT.AZ/ Noyabrın 14-də Antalyada (Türkiyə) Avrasiyanın təbii qaz layihələrinin geosiyasi aspektləri, risklər və imkanlar mövzusunda konfrans keçiriləcək. "Report"un xəbərinə görə, konfransa Türkiyə, Azərbaycan və digər region ölkələrdən hökumət və dövlət rəsmiləri qatılacaq.

Tədbirdə qaz sənayesinin çətinlikləri, Avrasiyada qazın nəqli prosesinin aspektləri biznes və siyasət institutları ilə müzakirə ediləcək.

Qeyd edək ki, tədbirin təşkilatçısı Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyadır (IAEE).

Toplantıya dəvət edilən qurumlar arasında Azərbaycan Energetika Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR), Rusiya Energetika Nazirliyi, Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi, "Gazprom", "BOTAŞ", "SOCAR Turkey Energy", Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP), BP və s. var.

Xatırladaq ki, adıçəkilən konfrans noyabrın 15-16-da Antalyada keçiriləcək G20 ölkələri dövlət başçılarının sammiti çərçivəsində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi