​Alimlər Evində Xoşbəxt Yusifzadə ilə görüş keçirilib

​Alimlər Evində Xoşbəxt Yusifzadə ilə görüş keçirilib Bakı Ali Neft Məktəbinin kampusunda Xoşbəxt Yusifzadə adına auditoriya olacaq
Energetika
26 May , 2016 17:43
​Alimlər Evində Xoşbəxt Yusifzadə ilə görüş keçirilib

Bakı. 26 may. REPORT,AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evində akademik, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə X.Yusifzadənin neft sənayesinə xidmətləri, böyük yataqların kəşf olunmasında rolundan danışıb.

Görüşdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da X.Yusifzadənin xidmətlərindən danışıb və Məktəbin yeni tikilən kampusunda akademikin adına auditoriya yaradılacağını bildirib.

Daha sonra çıxış edən SOCAR-ın I vitse-prezidenti "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə müqavilədən danışaraq qeyd edib ki, "Əsrin müqaviləsi" adlandırılan bu müqavilə ilə Azərbaycan tarixində yeni mərhələ başlanıb. 

Onun sözlərinə görə, bu müqavilədən sonra 34 müqavilə imzalanıb: "Bu, onun siyasi əhəmiyyətidir. İqtisadi əhəmiyyəti isə odur ki, 1997-ci ildə 9 mln. ton neft hasil olunurdusa, 2010-cu ildə bu rəqəm 51 mln. tona çatıb. İndiyədək isə AÇG-dən 398 mln. ton neft hasil olunub ki, onun da 220 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşür".

Son xəbərlər

Orphus sistemi