Aleksandr Novak: "Neft bazarının bərpası üçün 1,5 il vaxt lazımdır"

Aleksandr Novak: "Neft bazarının bərpası üçün 1,5 il vaxt lazımdır" Hazırda Rusiyanın qarşısında duran əsas məsələ karbohidrogen ehtiyatlarından asılılığın azaldılmasıdır
Energetika
18 Yanvar , 2016 12:04
Aleksandr Novak: Neft bazarının bərpası üçün 1,5 il vaxt lazımdır

Bakı. 18 yanvar. REPORT.AZ/ Dünya neft bazarında müşahidə olunan vəziyyət il yarımdan sonra normallaşa bilər. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib: "Biz hesab edirik ki, bərpa olunma üçün ən azı bir il, yaxud da il yarım vaxt tələb olunur. Bu o vaxt olacaq ki, tələb və təklif 40-50 dollar səviyyəsində sabitləşəcək. Bu qiymət bərpa olunma vəziyyətində tələb və təklifin balansını saxlaya bilər".

Nazir qeyd edib ki, hazırda Rusiyanın qarşısında duran əsas məsələ iqtisadiyyatın diversifikasiyası və karbohidrogen ehtiyatlarından asılılığın azaldılmasıdır.

"Bu, sənayenin rəqabət qabiliyyətinin artmasına imkan yaradacaq. Eyni zamanda, kənd təsərrüfatı və maşınqayırma məhsullarının ixracını artırmaq imkanı yaranacaq", - deyə energetika naziri əlavə edib.

Son xəbərlər

Orphus sistemi