​Abşeron və Astara magistral qaz kəmərlərində təmir işləri aparılacaq

​Abşeron və Astara magistral qaz kəmərlərində təmir işləri aparılacaq Təmir işləri nəticəsində bir neçə əraziyə qaz verilişində məhdudiyyətlər olacaq
Energetika
3 Sentyabr , 2015 15:09
​Abşeron və Astara magistral qaz kəmərlərində təmir işləri aparılacaq

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Nardaran və Astara magistral qaz kəmərləri sahəsinin “Masallı” və “Ovçubərə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təmir müddətində Masallı rayonunun mərkəzi hissəsi də daxil olmaqla, rayonun Qızılavar, Qəyəgöl, Ərkivan, Qəriblər və Musaküçə, Biləsuvar rayonunun Ovçubərə, Ağalıkənd, Amankənd, Əsgərabad, Aşağı Cürəli, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin paytaxtın Sabunçu rayonunun Nardaran və Maştağa qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi