Yuxarı

​Abşeron və Astara magistral qaz kəmərlərində təmir işləri aparılacaq

Təmir işləri nəticəsində bir neçə əraziyə qaz verilişində məhdudiyyətlər olacaq

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Nardaran və Astara magistral qaz kəmərləri sahəsinin “Masallı” və “Ovçubərə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təmir müddətində Masallı rayonunun mərkəzi hissəsi də daxil olmaqla, rayonun Qızılavar, Qəyəgöl, Ərkivan, Qəriblər və Musaküçə, Biləsuvar rayonunun Ovçubərə, Ağalıkənd, Amankənd, Əsgərabad, Aşağı Cürəli, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin paytaxtın Sabunçu rayonunun Nardaran və Maştağa qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi