Abşeron, Ağdaş, Qazax və Astara magistral qaz kəmərlərində təmir aparılacaq

Abşeron, Ağdaş, Qazax və Astara magistral qaz kəmərlərində təmir aparılacaq ​Sabah bir neçə rayonun kəndlərinə qaz verilişində fasilə yaranacaq
Energetika
22 Sentyabr , 2015 17:31
Abşeron, Ağdaş, Qazax və Astara magistral qaz kəmərlərində təmir aparılacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "5-ci siyirtmə", Ağdaş magistral qaz kəmərləri sahəsinin “Zaqatala", Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” və “Köçəsgər”, Astara magistral qaz kəmərləri sahəsinin “Saatlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Qazax rayonunun Şıxlı, Qaymaqlı və Kəmərli, Xaçmaz rayonunun Xudat və Yalama, Samux rayonunun Qarayeri, həmçinin Ağstafa rayonunun Köçəsgər, Eynallı, Köhnə qışlaq, Tatlı, Yuxarı Göycəli və Aşağı Göycəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin, İmişli, Saatlı, Sabirabad və Zaqatala rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi